İnformasiya texnologiyaları

informasiya prosesləri zamanı, o cümlədən, hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemi.
İnformasiya sistemi
İnformasiya təhlükəsizliyi
OBASTAN VİKİ
İnformasiya texnologiyaları
İnformasiya texnologiyası (ing. information technologies) — informasiya termini latınca "informatio" sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir. texnologiya sözü yunanca "techne" (ustalıq, bacarıq) və "logos" (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir. İnformasiya texnologiyası verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir. "İnformasiya texnologiyaları" istilahı təxminən 1970-х illərdə meydana gəldi. Amma onun əsas konsepsiyası daha əvvəl izlənilirdi. 20-ci əsr boyu ordular elektronika, kompüterlər и informasiya nəzəriyyəsini inkişaf etdirmək üçün müxtəlif sənaye sahələri ilə birləşdilər. Tarixən belə olub ki, ordular bu cür tədqiqatları stimullaşdırdılar, bununla da mexanikləşdirmə və hesablama texnikası sahəsində innovasiyaları təkan veridilər və maliyyələşdirdilər. 1971-ci ildə İT üçün əlamətdar hadisə baş verdi, belə ki, ilk e-poçt mesajı iki meynfreym arasında göndərildi. İlk kommersiya kompüteri ABŞ Siyahıyaalma Bürosu üçün C. Presper Ekkert и Con Moçli tərəfindən hazırlanmış UNIVAC I olmuşdur.
İnformasiya Texnologiyaları Universiteti
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
İnformasiya Texnologiyaları İnstitutu
İnformasiya Texnologiyaları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində elmi-tədqiqat institutu. İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır. 21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur. Dövlətin elm siyasətini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasına ali dövlət elmi təşkilat statusu verildikdən sonra elmin inkişafında yeni dövr başlamışdır. Artıq ölkədə verilənlərin analitik tədqiqi və veb-texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik identifikasiya sistemləri, informasiya resurslarının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT), linqvistik, coğrafi informasiya, sosioinformasiya texnologiyaları, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində elmi tədqiqatların innovativ tələblərə müvafiq aparılması, bu sahələrdə mövcud elmi-texniki problemlərin həlli, innovativ layihələrin işlənilməsi, o cümlədən dövrün tələblərinə cavab verən kreativ təfəkkürlü yeni nəsil kadrların yetişdirilməsi məqsədlərinə xidmət edəcək institutun yaradılmasına zərurət yaranmışdı. 2002-ci ildə İTEM əsasında İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır. İnstitut qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir quruma çevrilmiş, informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi nəzəri problemlərinin araşdırılmasının təməli qoyulmuş, yeni elmi şöbələr və mərkəzlər açılmışdır. İnstitut elmi tədqiqatlarda səmərəli nəticələrin əldə edilməsi, innovasiya fəaliyyətin yüksək səviyyədə təşkili üçün beynəlxalq standartlara cavab verən şəraitin yaradıldığı, cəmiyyət üçün vacib olan layihələrin həyata keçirildiyi bir elmi müəssisədir.
İnformasiya-kommunikasiya texnologiyaları
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) — vahid kommunikasiya və telekommunikasiya (telefon xətləri və simsiz siqnallar) və kompüterlərin inteqrasiyasının rolunu vurğulayan informasiya texnologiyaları (İT), eləcə də istifadəçilərə əldə etmək, saxlamaq, ötürmək, anlamaq və manipulyasiya etmək imkanı verən zəruri korporativ proqram təminatı, aralıq proqram, yaddaş və audiovizual üçün genişləndirilmiş termin. İKT audiovizualların və telefon şəbəkələrinin vahid kabel və ya keçid sistemi vasitəsilə kompüter şəbəkələri ilə konvergensiyasına istinad etmək üçün də istifadə olunur. Telefon şəbəkələrini kabelləşdirmə, siqnal paylama və idarəetmənin tək vahid sistemindən istifadə edərək kompüter şəbəkəsi sistemi ilə birləşdirmək üçün böyük iqtisadi stimullar mövcuddur. İKT radio, televiziya, mobil telefonlar, kompüter və şəbəkə avadanlığı, peyk sistemləri və s., eləcə də onlarla birlikdə videokonfrans və distant təhsil kimi müxtəlif xidmətlər və cihazları əhatə edən hər hansı kommunikasiya cihazını əhatə edən ümumi termindir. İKT həm də analoq texnologiyanı və kommunikasiyanı ötürən istənilən rejimi əhatə edir. İKT geniş mövzudur və onun konsepsiyaları daim inkişaf edir. O, məlumatları rəqəmsal formada elektron şəkildə saxlayan, əldə edən, manipulyasiya edən, ötürən və ya qəbul edən istənilən məhsulu əhatə edir. "İnformasiya Əsri üçün Bacarıqlar Çərçivəsi" XXI əsrdə İKT mütəxəssisləri üçün səriştələrin təsviri və idarə edilməsi üçün bir çox modellərdən biridir. "İnformasiya və kommunikasiya texnologiyaları" ifadəsi 1980-ci illərdən akademik tədqiqatçılar tərəfindən istifadə olunur. "İKT" abbreviaturası 1997-ci ildə Dennis Stivenson tərəfindən Böyük Britaniya hökumətinə təqdim edilən hesabatda, daha sonra 2000-ci ildə İngiltərə, Uels və Şimali İrlandiya üçün yenidən işlənmiş Milli Kurikulumda istifadə edildikdən sonra populyarlaşıb.
AMEA İnformasiya Texnologiyaları İnstitutu
İnformasiya Texnologiyaları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində elmi-tədqiqat institutu. == İnstitutun yaranma tarixi == İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır. 21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur. Dövlətin elm siyasətini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasına ali dövlət elmi təşkilat statusu verildikdən sonra elmin inkişafında yeni dövr başlamışdır. Artıq ölkədə verilənlərin analitik tədqiqi və veb-texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik identifikasiya sistemləri, informasiya resurslarının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT), linqvistik, coğrafi informasiya, sosioinformasiya texnologiyaları, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində elmi tədqiqatların innovativ tələblərə müvafiq aparılması, bu sahələrdə mövcud elmi-texniki problemlərin həlli, innovativ layihələrin işlənilməsi, o cümlədən dövrün tələblərinə cavab verən kreativ təfəkkürlü yeni nəsil kadrların yetişdirilməsi məqsədlərinə xidmət edəcək institutun yaradılmasına zərurət yaranmışdı. 2002-ci ildə İTEM əsasında İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır. İnstitut qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir quruma çevrilmiş, informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi nəzəri problemlərinin araşdırılmasının təməli qoyulmuş, yeni elmi şöbələr və mərkəzlər açılmışdır. İnstitut elmi tədqiqatlarda səmərəli nəticələrin əldə edilməsi, innovasiya fəaliyyətin yüksək səviyyədə təşkili üçün beynəlxalq standartlara cavab verən şəraitin yaradıldığı, cəmiyyət üçün vacib olan layihələrin həyata keçirildiyi bir elmi müəssisədir.
Azərbaycan İnformasiya Texnologiyaları Universiteti
"ADA" Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında "ADA" Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
Beynəlxalq İnformasiya Texnologiyaları Universiteti
Beynəlxalq İnformasiya Texnologiyaları Universiteti — Qazaxıstanda universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Beynəlxalq İnformasiya Texnologiyaları Universiteti 2009-cu ilin aprelində Qazaxıstan Prezidentinin tapşırığı ilə ölkənin sənaye-innovasiya potensialının formalaşması məqsədilə yaradılıb. Hazırda bu ali təhsil ocağı Mərkəzi Asiya regionunda aparıcı təhsil müəssisəsidir. Beynəlxalq İT universitet regionun informasiya texnologiyası sənayesi üçün beynəlxalq tələblərə cavab verən mütəxəssislərin hazırlığı işində lider mövqedə durur. Qazaxıstanın ilk İT universitetinin təsisçisi qismində "Zerde" Milli infokommunikasiya şirkəti, "Nursultan Nazarbayev Təhsil Fondu" və Beynəlxalq Biznes Universiteti (UIB) çıxış edirlər. Beynəlxalq İnformasiya Texnologiyaları Universitetində yüksək texniki təchizata xüsusi diqqət ayrılır. Ali məktəbdə maarifləndirici proses ən müasir kompüterlərlə və lisenziyalı proqramlarla təmin edilib. Beynəlxalq İT Universitet yeni nəsil mütəxəssisləri təkcə sahə üzrə texnologiyalar, qabaqcıl idarəetmə, iqtisadiyyat, ünsiyyət bacarıqları və ingilis dili bilikləri əsasında formalaşdırmır. Universitet eyni zamanda tələbələrin şəxsi keyfiyyətlərinin, liderlik bacarıqlarının və yaradıcılıq qabiliyyətlərinin inkişafına böyük önəm verir. Universitetdə tədris prosesi informasiya texnologiyaları sahəsində böyük intellektual potensiala malik olan yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən həyata keçirilir.
Daşkənd İnformasiya Texnologiyaları Universiteti
Daşkənd İnformasiya Texnologiyaları Universiteti (özb. Toshkent axborot texnologiyalari universiteti) — Özbəkistanın Daşkənd şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. Universitet telekommunikasiya və informasiya sistemləri sahəsində Mərkəzi Asiyada ən böyük ali təhsil müəssisəsidir. == Tarixi və fəaliyyəti == 2005-ci ildə "İnformasiya texnologiyaları sahəsində kadrların hazırlanmasının sisteminin təkmilləşdirilməsi Haqqında" Özbəkistan Respublikası Prezidentinin sərəncamına əsasən universitet informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mütəxəssislərin hazırlığı üzrə əsas ali məktəb elan edilib. Universitetdə orta (2 lisey), bakalavriatura (25 istiqamət), magistratura (24 ixtisas), aspirantura və doktorantura təhsil pillələri üzrə tədris həyata keçirilir. Professor-müəllim heyəti təqribən 400 insandan ibarət olan ali təhsil ocağında 4 akademik, 21 professor, 24 elmlər doktoru, 87 elmlər namizədi və dosent çalışır, 8500-dən çox tələbə universitetdə və filiallarda təhsil alırlar. Hazırda ali təhsil ocağında 28 kafedra və 37 tədris laboratoriyası, 10 tədqiqat laboratoriya və şəxsi şəbəkəyə malik, 18 mindən artıq müasir kompüterlərlə təchiz edilmiş kompüter mərkəzi, 20-dən çox multimedia sinifləri və 400 mindən kitabın daxil olduğu informasiya-resurs mərkəzi (kitabxana) fəaliyyət göstərir. Son 10 il ərzində universitetdə köklü dəyişikliklər baş verib. Universitetin binası, auditoriyalar və kabinetlər, yataqxana əsaslı surətdə təmir edilib, yeni müasir tədris korpusu, 700 yerlik yeməkxana, eləcə də 400 nəfərlik idman kompleksi inşa edilib. Universitetin 5 şəhərdə filialı fəaliyyət göstərir.
Varşava İnformasiya Texnologiyaları Universiteti
Varşava İnformasiya Texnologiyaları Universiteti — Polşada universitet, İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Varşava İnformasiya Texnologiyaları Universiteti müasir informasiya texnologiyalarından effektiv istifadə edilməsi, informasiya sistemlərini idarə edilməsi, kompüter qrafikası sahəsində proqram təminatı və qabaqcıl texnologiyaların yaradılması üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 2004-cü ildə yaradılıb. Universitet informatika ixtisas üzrə ən yüksək mühəndis-texniki təhsil təklif edir. Ali məktəbin korpusu 9 min m² sahəni əhatə edir. Bura auditoriyalar, laboratoriya məşğuliyyətləri üçün kabinetlər, həmçinin bir çox tədris sinifləri daxildir. Universitet kompüter texnikası ilə yüksək səviyyədə təchiz edilib. Belə ki, ali təhsil ocağında lokal şəbəkədə internetə sürətli çıxışa malik 300-dən çox kompüter mövcuddur. Ali məktəb daxilində ixtisaslaşdırılmış ədəbiyyata sərbəst çıxışa malik onlarla kompüterlə təchiz edilmiş müasir kitabxanaqurulub. Həmçinin daim yeni laboratoriyalar yaradılır. Bu yaxınlarda müasir “Laboratoriya ölçüləri” üzərində iş başa çatdırılıb.
İnformasiya Texnologiyaları Problemləri (jurnal)
İnformasiya Texnologiyaları Problemləri — elmi-praktiki jurnal. AMEA İnformasiya Texnologiyaları İnstitutunun jurnalı. Jurnal 27 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir. Jurnal "Copernicus", "INSPEC" və "Google Scholar" indeksləşmə bazalarına daxildir. İnformasiya-kommunikasiya texnologiyaları Veb-texnologiyaları İnformasiya-hesablama texnologiyaları Proqram mühəndisliyi Coğrafi informasya texnologiyaları Multimedia texnologiyaları Biometrik informasiya texnologiyaları Verilənlərin intellektual analizi Optimallaşdırma və modelləşdirmə Bilik mühəndisliyi İnformasiya təhlükəsizliyi və kriptoqrafiya Risklərin idarə olunması Sosial-iqtisadi sistemlərdə idarəetmə Sosial şəbəkələrin analizi Qərarların qəbul edilməsi texnologiyaları Neyroinformatika İntellektual informasiya sistemləri Audio informasiya texnologiyaları Verilənlər bazasının idarə olunması sistemləri Fəxri baş redaktor: Lütfi Zadə ─ professor, Kaliforniya Universiteti (Berkli, ABŞ) Baş redaktor: Rasim Əliquliyev ─ akademik (Bakı, Azərbaycan) Məsul redaktor: Zərifə Cəbrayılova ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Redaksiya heyəti: Əli Abbasov ─ akademik (Bakı, Azərbaycan) Тelman Əliyev ─ akademik (Bakı, Azərbaycan) Fikrət Əliyev ─ akademik (Bakı, Azərbaycan) Aleksandr Afanasyev ─ fizika-riyaziyyat elmləri doktoru, professor (Moskva, Rusiya) Aleksandr Tuzikov ─ fizika-riyaziyyat elmləri doktoru, professor (Minsk, Belarus) Məhəmməd Əhmədov ─ t.e.d., professor (Sumqayıt, Azərbaycan) Ələkbər Əliyev ─ t.e.d., professor (Bakı, Azərbaycan) Məsumə Məmmədova ─ t.e.d., professor (Bakı, Azərbaycan) Əfəndi Nəsibov ─ f.-r.e.d., professor (İzmir, Türkiyə) Nadir Ağayev ─ t.e.d., professor (Bakı, Azərbaycan) Rasim Nəbiyev ─ t.e.d., professor (Bakı, Azərbaycan) Vitali Titov ─ t.e.d, professor (Kursk, Rusiya) Vidadi Musayev ─ t.e.d., dosent (Bakı, Azərbaycan) Аkif Süleymanov ─ t.e.d., dosent (Gəncə, Azərbaycan) Tatyana Baydık ─ t.e.d., dosent (Mexiko, Meksika) Şahnaz Şahbazova ─ t.e.d., dosent (Bakı, Azərbaycan) Ramiz Alıquliyev ─ t.e.d. (Bakı, Azərbaycan) Nizami Hasilov ─ f.-r.e.d. (Ankara, Türkiyə) Adil Bağırov ─ riyaziyyat üzrə fəlsəfə doktoru, professor (Ballarat, Avstraliya) Xanbaba Bayramov ─ texnika üzrə fəlsəfə doktoru, professor (Bakı, Azərbaycan) Cey-Hi Kim ─ texnika üzrə fəlsəfə doktoru, professor (Seul, Koreya Respublikası) Seunq-Vu Seo ─ texnika üzrə fəlsəfə doktoru, professor (Seul, Koreya Respublikası) Əlirza Xastan ─ riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Zəncan, İran İslam Respublikası) Şahin Əmrahov ─ riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Ankara, Türkiyə) Əlövsət Əliyev ─ iqtisad üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Тofiq Kazımov ─ fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Raif Rüstəmov ─ riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, (Bedminster, ABŞ) Firudin Ağayev ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Rəşid Ələkbərov ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Yadigar İmamverdiyev ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Ramiz Şıxəliyev ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Norisma Binti İdris – texnika üzrə fəlsəfə doktoru (Kuala Lumpur, Malayziya) Qəzənfər Orucov ─ texnika üzrə fəlsəfə doktoru (Bakı, Azərbaycan) Asad Abdi ─ texnika üzrə fəlsəfə doktoru (Kuala Lumpur, Malayziya) Fərhad Yusifov ─ texnika üzrə fəlsəfə doktoru, dosent (Bakı, Azərbaycan) Vüqar Musayev ─ texnika üzrə fəlsəfə doktoru (Bakı, Azərbaycan) Kan Те-Un ─ professor (Decon, Koreya Respublikası) Nəşr etikası və sui-istifadə halları haqqında qaydalar ”İnformasiya Texnologiyaları Problemləri’’ jurnalı və onun elmi redaktorları nəşr fəaliyyətinin bütün mərhələlərində ədalətli və peşəkar iş icra etməyi öhdəliklərinə götürürlər. Jurnalın nəşrində iştirak edən bütün tərəflərin (müəlliflər, jurnalın redaktorlar, rəyçilər və nəşriyyatçı) gözlənilən etik qaydalara əməl etmələri tələb olunur. Jurnalın etik qaydaları “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) tələblərinə əsasən hazırlanmışdır.
İnformasiya Texnologiyaları Universiteti (Azərbaycan)
ADA Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
İnformasiya Texnologiyaları İnstitutu (Azərbaycan)
İnformasiya Texnologiyaları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində elmi-tədqiqat institutu. İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır. 21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur. Dövlətin elm siyasətini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasına ali dövlət elmi təşkilat statusu verildikdən sonra elmin inkişafında yeni dövr başlamışdır. Artıq ölkədə verilənlərin analitik tədqiqi və veb-texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik identifikasiya sistemləri, informasiya resurslarının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT), linqvistik, coğrafi informasiya, sosioinformasiya texnologiyaları, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində elmi tədqiqatların innovativ tələblərə müvafiq aparılması, bu sahələrdə mövcud elmi-texniki problemlərin həlli, innovativ layihələrin işlənilməsi, o cümlədən dövrün tələblərinə cavab verən kreativ təfəkkürlü yeni nəsil kadrların yetişdirilməsi məqsədlərinə xidmət edəcək institutun yaradılmasına zərurət yaranmışdı. 2002-ci ildə İTEM əsasında İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır. İnstitut qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir quruma çevrilmiş, informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi nəzəri problemlərinin araşdırılmasının təməli qoyulmuş, yeni elmi şöbələr və mərkəzlər açılmışdır. İnstitut elmi tədqiqatlarda səmərəli nəticələrin əldə edilməsi, innovasiya fəaliyyətin yüksək səviyyədə təşkili üçün beynəlxalq standartlara cavab verən şəraitin yaradıldığı, cəmiyyət üçün vacib olan layihələrin həyata keçirildiyi bir elmi müəssisədir.
İnformasiya və kommunikasiya texnologiyaları
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) — vahid kommunikasiya və telekommunikasiya (telefon xətləri və simsiz siqnallar) və kompüterlərin inteqrasiyasının rolunu vurğulayan informasiya texnologiyaları (İT), eləcə də istifadəçilərə əldə etmək, saxlamaq, ötürmək, anlamaq və manipulyasiya etmək imkanı verən zəruri korporativ proqram təminatı, aralıq proqram, yaddaş və audiovizual üçün genişləndirilmiş termin. İKT audiovizualların və telefon şəbəkələrinin vahid kabel və ya keçid sistemi vasitəsilə kompüter şəbəkələri ilə konvergensiyasına istinad etmək üçün də istifadə olunur. Telefon şəbəkələrini kabelləşdirmə, siqnal paylama və idarəetmənin tək vahid sistemindən istifadə edərək kompüter şəbəkəsi sistemi ilə birləşdirmək üçün böyük iqtisadi stimullar mövcuddur. İKT radio, televiziya, mobil telefonlar, kompüter və şəbəkə avadanlığı, peyk sistemləri və s., eləcə də onlarla birlikdə videokonfrans və distant təhsil kimi müxtəlif xidmətlər və cihazları əhatə edən hər hansı kommunikasiya cihazını əhatə edən ümumi termindir. İKT həm də analoq texnologiyanı və kommunikasiyanı ötürən istənilən rejimi əhatə edir. İKT geniş mövzudur və onun konsepsiyaları daim inkişaf edir. O, məlumatları rəqəmsal formada elektron şəkildə saxlayan, əldə edən, manipulyasiya edən, ötürən və ya qəbul edən istənilən məhsulu əhatə edir. "İnformasiya Əsri üçün Bacarıqlar Çərçivəsi" XXI əsrdə İKT mütəxəssisləri üçün səriştələrin təsviri və idarə edilməsi üçün bir çox modellərdən biridir. "İnformasiya və kommunikasiya texnologiyaları" ifadəsi 1980-ci illərdən akademik tədqiqatçılar tərəfindən istifadə olunur. "İKT" abbreviaturası 1997-ci ildə Dennis Stivenson tərəfindən Böyük Britaniya hökumətinə təqdim edilən hesabatda, daha sonra 2000-ci ildə İngiltərə, Uels və Şimali İrlandiya üçün yenidən işlənmiş Milli Kurikulumda istifadə edildikdən sonra populyarlaşıb.
Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universiteti
"ADA" Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında "ADA" Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
İnformasiya Texnologiyaları və İdarəetmə Universiteti
İnformasiya Texnologiyaları və İdarəetmə Universiteti — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Universitet 1996-cı ildə Jeşof şəhərində yaradılıb. Ali məktəb reytinqinə görə dünyanın özəl ali təhsil müəssisələri arasında ilk mövqelərdə qərar tutur. Universitet şəhərin mərkəzi hissəsində böyük bir sahəni əhatə edən bina kompleksindən ibarətdir. 2002-ci ilin fevralında Jeşof şəhərinin yaxınlığında - Kelnarovada Turizm və İstirahət Mərkəzi açılıb. 14 hektar ərazidə universitet obyektlərinin yeni kompleksinin tikintisi başlanılıb. 2003-cü ildə universitetin idman kompleksinin tikintisi başa çatıb. Kompleks Polşada ən böyük və müasir idman kompleksi hesab olunur. Kelnarovada istismara verilən son obyektlərindən biri yataqxana olub. Bina təxminən 2 330 kvadrat metr sahəyə malikdir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Multimedia Qalereyası (AMEA İnformasiya Texnologiyaları İnstitutu)
Multimedia Qalereyası - AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış və AMEA-da keçirilən bütün tədbirlərdən çəkilmiş şəkil və video-fayllarının toplanması və saxlanmasını həyata keçirən qalereya. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı dövrdən görkəmli elm xadimlərinin fəaliyyətinin əks olunmamasının səbəbi, foto və s. materialların olmaması və ya kifayət qədər az olmasıdır. 2003-cü il science.az portalının fəaliyyət göstərməsi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən müxtəlif tədbirlərdən fotoşəkillər çəkilmişdir. Çəkilən şəkillərin, videomaterialların bulud texnologiyalarında etibarlı şəkildə qorunub saxlanmasına ehtiyac duyulurdu. AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Multimedia Qalereyası bütün bu resursları toplayaraq lazım olan informasiyanı açar sözlərinin köməyi ilə asanlıqla əldə etməyə imkan yaradır. Multimedia Qalereyası AR Prezidentinin elm sahəsinə qayğısını əks etdirən AMEA Rəyasət Heyətinin rəsmi görüşləri, eləcə də AMEA-nın keçirdiyi mötəbər tədbirlərdən materialları özündə əks etdirir. AMEA-nın institut və təşkilatlarında keçirilən konfrans və iclaslar, görüşlər, hesabatlar və s. Multimedia Qalereyasında strukturlaşdırılmış şəkildə toplanır. AMEA-nın institut və təşkilatlarının yeni avadanlıqlarla təchizatını əks etdirən fotomateriallar dövlətin elmə qayğısının bariz nümunəsidir.
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (Türkiyə)
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (İTKQ; türk. Bilgi Teknolojileri ve İletişim Kurumu, qısaca BTK) — Türkiyənin milli telekommunikasiya tənzimləmə və təftiş orqanı. Əvvəllər Telekommunikasiya Qurumu (Telekomünikasyon Kurumu) kimi tanınırdı. Radio və televiziya yayımları başqa bir dövlət qurumu olan RTÜK-ə tabedir. Telekommunikasiya orqanı 29 yanvar 2000-ci il tarixli 4502 saylı qanuna əsasən təsis edilmişdir. Bu qanun, digərləri ilə yanaşı, Nəqliyyat Nazirliyinin öhdəliklərinə toxunmuş və "Türkiyədə ilk sektora xüsusi tənzimləyici kimi müstəqil telekommunikasiya tənzimləyici orqanı olan Telekommunikasiya Qurumunu yaratmaqla hökumətin siyasət və tənzimləmə funksiyalarını ayırmışdır. Nəticədə, Nəqliyyat Nazirliyinin tənzimləyici funksiyaları prinsip etibarı ilə quruma verilmiş və simsiz rabitə haqqında qanuna (2813 saylı qanun, 7 aprel 1983-cü il) əsasən radiotezliklərin idarə edilməsinə cavabdeh olan dövlət orqanı olan Radiorabitə Baş İdarəsi ləğv edilmiş və onun bütün funksiyaları Telekommunikasiya Qurumuna verilmişdir". 5 noyabr 2008-ci ildə Türkiyənin qanunverici orqanı adətən Elektron Kommunikasiya Qanunu (EKQ) kimi tanınan 5809 saylı qanunu qəbul etmişdir. Bu qanunun məqsədi qısaca olaraq "qanunvericilikdəki səliqəsizliyi aradan qaldırmaq, sektorda rəqabət yaratmaq, operatorlar üçün qeyri-müəyyənliyi azaltmaq və elmi-tədqiqat işlərinə resurslar ayırmaq" kimi təsvir edilmişdir. EKQ-ə əsasən, İTKQ-nin strukturu 4 vitse-prezident, 17 departament, 5 ofis, 1 hüquq konsaltinq ofisi və 5 departamentli Telekommunikasiya Kommunikasiya Rəhbərliyindən ibarətdir.
İnformasiya
İnformasiya (ing. information, rus. информация, türk. bilgi) — verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman "verilən" və "informasiya" terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (data) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir.
4D texnologiyaları
4D çap texnologiyaları
Qrid texnologiyaları
Qrid texnologiyaları — kommunikasiya texnologiyalarının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadəsiz qalan hesablama resurslarından istifadə etməklə yaradılan paylanmış hesablama sistemləridir. Fundamental elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllini həyata keçirən belə sistemlər yüksəksürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri (KŞ) əsasında yaradılır. "Grid" sözünün ingilis dilindən tərcüməsi "şəbəkə" mənasını verir və ilk dəfə 1994-cü ildə amerikalı alimlər Foster və Keselman tərəfindən elmə gətirilmişdir. Bu sistemlərin işləmə mexanizmi analoji olaraq elektrik şəbəkələrindəki gərginlikdən istifadə olunma qaydalarına çox yaxındır. Belə ki, elektrik şəbəkəsindən istifadə zamanı istifadəçi öz cihazını şəbəkəyə qoşanda orada olan gərginliyin hansı elektrik stansiyasından gəldiyi ilə maraqlanmır. Eləcə də, fərdi kompüteri Qrid sisteminə qoşulmuş istifadəçilər də, eyni vəziyyətdə öz məsələlərinin sistemin hansı kompüterlərində həll edildiyini bilmirlər. Onlar məsələnin həlli üçün lazım olan vəsaiti ödəyir və müəyyən vaxtdan sonra nəticəni əldə edirlər. Qrid sistemləri kompüter şəbəkəsinə qoşulmuş kompüterlərin hesablama gücündən istifadə etməklə yaradılan paylanmış hesablama şəbəkəsidir. Kommunikasiya avadanlıqlarından istifadə etməklə, fərdi kompüterləri bir-birinə qoşub internet şəbəkəsi üzərində virtual verilənlərin emal mərkəzi (VEM) şəbəkəsi yaratmaq mümkündür. Qrid sistemlərin yaradılmasında iştirak edən istifadəçilərin fərdi kompüterlərinin hesablama resurslarından ödənişli və ödənişsiz istifadə etmək olar.
Viki texnologiyaları
Viki proqram təminatı (həmçinin viki mühərriki və ya viki tətbiqi kimi tanınır) istifadəçilərə veb brauzer vasitəsilə səhifələr və ya qeydlər yaratmağa və birgə redaktə etməyə imkan verən viki-ni çalışdıran əməkdaşlıq sistemidir. Viki sistemi adətən bir və ya bir neçə veb serverdə işləyən veb tətbiqidir. Məzmun, o cümlədən əvvəlki düzəlişlər, adətən fayl sistemində və ya verilənlər bazasında saxlanılır. Vikilər veb məzmun idarəetmə sisteminin bir növüdür və veb hostinq vasitələri tərəfindən təklif olunan ən geniş dəstəklənən hazır proqram təminatıdır. Aktiv şəkildə dəstəklənən onlarla viki mühərriki mövcuddur. İşlədikləri platformalar, inkişaf etdirdikləri proqramlaşdırma dili, açıq mənbəli və ya mülkiyyətçi olmaları, təbii dil simvolları və konvensiyaları üçün dəstəyi və redaktənin texniki və sosial nəzarəti ilə bağlı fərziyyələri ilə fərqlənirlər. R.M. Əliquliyev, İ.Y. Ələkbərova, R.T. Qasımova. "İnternetdə kollektiv bilik və Viki texnologiyası". "İnformasiya-Kommunikasiya Texnologiyaları" jurnalı, № 02 (53)-2008, səh. 5–7.
Bulud texnologiyaları
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir. Bulud texnologiyası (ing. Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən istifadə edilməsidir. Bulud sözü faylların olduğu mövqeyi işarə edir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası — İctimai Birliyi, qeyri-kommersiya təşkilatıdır, ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. == Tarixi == "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" 12 avqust 2011 tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1111-Q37–2974 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. 26 iyul 2022 tarixində "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin idarə heyəti növbəti iclası keçirib. Toplantıda İTK müttəxəssisi Elvin Abbasov birliyə yeni rəhbər seçilib. Birliyin yeni dövr üçün fəaliyyəti "Texnologiya bütün sahələri birləşdirən dəyər zənciridir" şüarı ətrafında tənzimlənəcək. Birliyin misyası; İKT sektorunun davamlı inkişafı vǝ rǝqabǝt qabiliyyǝtini artırmaq, qlobal rǝqabǝtçiliyǝ yüksǝlmǝk. Vizyonu; Müasir elm vǝ texnoloji nailiyyǝtlǝrǝ ǝsaslanan innovasiya vǝ yüksǝk texnologiya sahǝlǝrində inkişaf etmiş ən güclü ölkəyə verilmək. == Fəaliyyəti == Birliyin fəaliyyət pridmeti və məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə və inkişafına dəstək vərmək, onların sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqlarına köməklik göstərmək. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin həmcinin İKT sahələri üzrə peşə fəaliyyətləri ilə məşqul olan şəxslərin kütləviləşməsinə şəraət yaratmaq, Birliyin bir digər məqsədi Azərbaycanı İKT sahəsi üzrə beynəlxalq formlarda layiqincə təmsil etmək, bu sahədə həyata keçirilən dövlət siyasətinə uygun fəalliyyət göstərməkdədir.

Digər lüğətlərdə